Sərxoz sürücünün idarə etdiyi avtomazın çaya azdı

img

18-05-2009 [03:25]


Kəpəz rayonu M.Abbaszadə küçəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Qurbanov sərxoş halda idarə etdiyi ?Mercedes? markalı avtomaşını qarşıda gedən həmyerlisi Rüstəm Əliyevin idarə etdiyi ?VAZ-21061? markalı avtomaşına vurub və sonradan idarəetməni itirərək avtomaşını çaya aşırıb. Nəticədə xəsarət almış R.Qurbanov və R.Əliyevin sərnişinləri, qardaşı Nicat və Gəncə şəhər sakini Könül Ağakişiyeva xəstəxanaya yerləşdiriliblər. Göygöl rayonunun Yeni Zod kəndi ərazisində Çaykənd kənd sakini Mətləb Allahverdiyev "UAZ" markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə M.Allahverdiyev və sərnişini, Hacıkənd kənd sakini Nazim Alışov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Yunis Abbasov isə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA