DiN-in Baz Narkotiklərlə Mübarizə idarəsi narkotika alverçisini saxlayıb

img

18-05-2009 [02:47]


Azərbaycana narkotik vasitələri gətirən İran vətəndaşları saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikası vətəndaşı Zamini Rəhman Muxtar oğlu və Əmiri Ahəngər Behzad Əkbər oğlu Nərimanov rayonunun ərazisində saxlanılıblar. Onlardan satış məqsədi ilə respublikamıza gətirdikləri 26 kiloqram 147,1 qram heroin, 13 kiloqram 935,9 qram həşiş, 5,013 qram kokain və 1,26 qram tiryək aşkar edilərək götürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA