MTN transmilli dəstəni zərərsizləzdirdi

img

15-05-2009 [08:41]


Müasir maliyyə-kredit infrasturkturunun əsas tərkib elementlərindən olan qeyri-nəğd hesablaşma, ödəniş və elektron alqı-satqı sisteminə, eləcə də vətəndaşların pul əmanətləri üçün təhlükə yaradan cinayət növləri hazırda beynəlxalq aləmdə ciddi narahatlıq doğuran problemlərdəndir. Bu növ cinayətlər barədə daxil olan məlumatların təhlilinin nəticələri üzrə belə halların Azərbaycanda yayılmasının qarşısının alınması, bununla bağlı ölkəmizin milli maraqlarının qorunması üçün əməliyyat şəraiti daim nəzarətdə saxlanılır, zəruri əməliyyat-axtarış tədbirləri hazırlanaraq həyata keçirilir. Belə ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olub xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək, onların bank hesablarından elektron avia-biletlərin dəyərini ödəməklə əldə edilməsi və həmin biletlərin real dəyərindən ucuz qiymətə, nəğd pula müxtəlif şəxslərə satılması və bu pulların talanması ilə məşğul olan Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunaraq zərərsizləşdirilib. MTN-nin İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, müəyyən edilib ki, Azərbaycan vətəndaşları ? Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Nigeriya vətəndaşı Mutiu Olovu və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində, ?Azərbaycan Hava Yolları? QSC-nin rəsmi www.azal.az İnternet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olub, ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər. Məlum olub ki, cinayətkar dəstənin üzvləri həmin xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq İnternetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron avia-biletlər əldə etmiş və bu biletləri real dəyərindən ucuz qiymətə, nəğd pula digər şəxslərə satıb və əldə etdikləri pulları talayıblar. İstintaqla müəyyənləşdirilib ki, göstərilən hüquqazidd əməllər, yəni ?Azərbaycan Hava Yolları? QSC-nin qanunla qorunan kompüter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olub və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulub. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə cinayət işi başlanılıb, Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Mutiu Olovu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA