Gürcüstana gedən sərnizin avtobusları Qazax rayonu ərazisində daz-qalaq edilir

img

15-05-2009 [02:07]


Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında 12 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən qanlı terror hadisəsindən sonra ölkədə Gürcüstan əsillilərə qarşı fikirlərin dəyişməsi barədə xəbərlər yayılır. Ancaq istər rəsmi, istərsə də siyasi dairələr bu şayiləri qətiyyətlə təkzib edirlər. Lakin dünən Müstəqil İnformasiya Agentliyinin Qazax rayonundakı əməkdaşı rəsmilərin təkzib etdiyi xəbəri yalanlayıb. Gürcüstan-Bakı marşrutu ilə sərnişin daşıyan Gürcüstan əsilli sürücülərdən biri əməkdaşımızla söhbətində terror hadisəsindən sonra onlara qarşı xoşagəlməz vəziyyətin yaranması barədə məlumat verib: ?Terroru törədən Fərda Qədirovun əslən Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndindən olması sürücücələrə də ciddi problemlər yaradıb. Mən də daxil olmaqla, digər sürücülər də deyirlər ki, Azərbaycanın bəzi bölgələrində Gürcüstan əsilli azərbaycanlılara münasibət müəyyən qədər dəyişib. Qazax rayonunda isə onlara qarşı daha aqressiv davranırlar. Avtobuslar bu rayonunun ərazisindən keçərkən, yerli sakinlər tez-tez həmin avtobusları daşa-qalaq edirlər. Ən acınacaqlı hal isə hüquq-mühafizə orqanlarının bu məsələyə laqeyid yanaşmasıdır?. Məlumatı Gürcüstan-Bakı, Bakı-Gürcüstan sərnişin avtobuslarının bir neçə sürücüsü də təsdiqləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA