Qonzusunu bıçaqlayan zəxsin məhkəməsi yekunlazıb

img

15-05-2009 [12:56]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar Mikayılovun sədrliyi ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Qusar sakinin məhkəməsi başa çatıb. Mia.az-ın məlumatına görə, məhkəmə qarşısında 1952-ci il təvəllüdlü Cəllad Zəkiyev cavab verib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. İttihama görə, ötən ilin avqustun 27-də Qusarın Hiloba kənd sakini Cəllad Zəkiyev kənddə keçirilən toy mərasimində qonşusu, 1947-ci il təvəllüdlü Adilbəy Aslanovu bıçaqlayıb. Belə ki, toy mərasimində olan C.Zəkiyev qonşusunu arvadı ilə yaxın münasibətdə olmaqda ittiham edərək, özündə olan bıçaqla qonşusuna 7 bıçaq zərbəsi vurub. C.Zəkiyev Qusar rayon Polis Şöbəsi əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. İstintaq yolu ilə C.Zəkiyevin uzun müddət ruhi xəstə olması müyyənləşib. Məhkəmə prosesində təqsirləndirilən şəxsin ruhi xəstə olması, cinayəti törədərkən anlaqsız olması müəyyən edilib. Buna görə də məhkəmə Cəllad Zəkiyev Məştağa qəsəbəsində yerləşən 1 saylı əsəb Dispamserinə göndərilməsi barədə qərar qəbul edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA