Elçin Behbudov ADNA-dakı terrora görə saxlanılanlarla görüzüb

img

12-05-2009 [06:57]


Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCQM) təcridxanasında aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) terrora görə saxlanılan 8 nəfərlə görüşüb. Elçin Behbudov Nadir Əliyev, Ariz Qabulov, Cavidan Əmirov və Mədət Kazımovun məhz terrorla əlaqəli olaraq saxlanıldığını tədiqləsə də, digərlərinin istintaq sirri olduğunu əsas gətirərək nə təkzib, nə də təsdiq edib. Hüquq müdafiəçisinin sözlərinə görə, şübhəlilər saxlanma şəraitlərindən heç bir narazılıq etməyib, işgəncəyə məruz qalmadıqlarını bildiriblər. Yalnız onlardan Fərda Qədirovun işlətdiyi mobil nömrənin sahibi olan Mədət Kazımov özünü təqsirli bilməyib. O qeyd edib ki, nömrəni bir müddət əvvəl itiribmiş və Fərdanın həmin nömrəni işlətməsindən xəbəri olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA