Təhsil müəssisələrində veb kameraların qoyulmasına dövlət tərəfindən vəsait ayrılmayıb

img

12-05-2009 [05:56]


Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qanlı hadisədən sonra təhsil müəssisələrində təhlükəsizlik kameralarının quraşdırılacağı bildirildi. Artıq bəzi təhsil ocaqlarına kameraların quraşdırılması prosesi başlayıb. Amma ?Bizim Yol? qəzetinin yazdığına görə, bəzi orta məktəblərdə kameraların quraşdırılması üçün şagirdlərdən 20 manat pul yığılır. Bakı Baş Təhsil İdarəsi Ümumtəhsil Sektorunun müdiri Firudin Həmzəyev isə Müstəqil İnformasiya Agentliyinə deyib ki, kameraların quruşdarılması prosesi gedir. Ancaq F.Həmzəyev bununla bağlı şagirdlərdən pul yığılması barədə konkret bir söz deməyib: ?Orta təhsil müəssisələrində kameraların qoyulmasında məcburiyyət yoxdur. Hadisədən sonra bu istiqamətdə işlər görülür. Əksər təhsil müəssisələrində qoyulan veb kameralar təhsil müəssisələrinin öz təşəbbüsü ilə qoyulub. Hələ ki, təhsil müəssisələrində veb kameraların qoyulmasına görə dövlət vəsait ayırmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA