27 həkim uzaq alveri ilə məzğul olduqları üçün tutuldu

img

08-05-2009 [08:21]


Gürcüstan polisi uşaq alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qruplaşmanı zərərsizləşdirib. Lent.az-ın ?RİA Novosti? agentliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı ölkənin müxtəlif regionlarında 27 tibb işçisinin tutulduğunu açıqlayıb. Həbslər eyni anda İmereti, Raça-Leçxumi və Kvemo Svaneti regionlarında aparılıb. Tutulanlardan 14 nəfəri mütəşəkkil cinayətkar qruplaşmaya daxil olub. Cinayətkar şəbəkə iki qrupdan ibarət olub. Birinci qrup hamilə qadınları axtarırmış, ikinci qrup isə doğuşu və körpələrin satışını təşkil edirmiş. Tutulanlar arasında Tsxaltubi doğum evinin baş həkimi həkimi də var. DİN digər təfərrüatları, o cümlədən indiyə qədər satılan uşaqların sayı barədə məlumatları açıqlamayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA