Polis baz leytenantı xuliqanlıq etdiyinə görə saxlanılıb

img

08-05-2009 [07:19]


Bakı şəhəri, Nərimanov rayonu ərazisində xuliqanlıq etdiyinə görə, Gəncə şəhər polis idarəsinin əməkdaşı, baş leytenant Səfərov Rüfət Mirzə oğlu saxlanılıb. Müstəqil İnformasiya Agentliyinə (MİA) məlumat verən və adının çəkilməsini istəməyən polis mayorunun sözlərinə görə, polis baş leytenantı sərxoş vəziyyətdə, Nərimanov rayonu 17-ci Polis Bölməsinin nəzarətində olan ərazidə xulaqanlıq edib. Bu səbəbdən də R.Səfərov polis əməkdaşları tərəfindən saxlanılaraq, bölməyə aparılıb. Məsələylə bağlı Nərimanov rayon Polis İdarəsi ilə əlaqə saxladıqda, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət etməyi məsləhət gördülər. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bu barədə məlumatsız olduğunu dedi. MİA-ya məlumat verən şəxs isə R.Səfərovun polis tərəfindən saxlandığını, amma bəzilərinin bu məsələni ört-basdır etmək istədiklərini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA