üç yol qəzasında 2 nəfər ölüb , 8 nəfər isə xəsarət alıb

img

07-05-2009 [04:25]


Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Rüfət Bədəlov idarə etdiyi ?VAZ-2106? markalı avtomaşınla qəsəbə sakini Samirə Məmmədovanı vurub. Nəticədə S.Məmmədova hadisə yerində ölüb. İsmayıllı rayonu Yuxarı Zəranva kənd sakini Rəşad Əlifovun idarə etdiyi ?UAZ-469? markalı və Şəki şəhər sakini Ruslan Əmrahovun idarə etdiyi ?VAZ-2109? markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və R.Əmrahovun sərnişinləri, Şəki şəhər sakinləri Sitarə Lətifova və Mahirə Lətifova xəstəxanaya düşüblər. İsmayıllı rayonu Zərgəran kəndi ərazisində isə rayon sakini Sərraf Abdurəhmanovun idarə etdiyi ?VAZ-21074? markalı və Lənkəran rayon sakini Himmət Əliyevin idarə etdiyi ?Ford? markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış S.Abdurəhmanov və sərnişinləri, həmyerliləri Cavid Ağayev, arvadı Ziyafət, oğlu Ömət və Bakı şəhər sakini Nizami Namazov xəstəxanaya yerləşdiriliblər. Ö.Ağayev orada ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA