Beynəlxalq Universitetin qarzısında iki silahlı zəxs saxlanılıb

img

06-05-2009 [02:02]


Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqından sonra Bakıda bir-birinin ardınca müxtəlif yerlərdə terror aktlarının törədilməsinə dair informasiyalar yayıldı. Bunların heç biri təsdiqini tapmasa da, belə xəbərlərin tez bir zamanda hər yerə yayılması şübhələr doğurur. Buna bənzər daha bir informasiya dünən yayılıb. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, iki gün öncə iki nəfər naməlum şəxs Azərbaycan Beynəlxalq Universitetinin Binəqədi rayonundakı binası qarşısında polis tərəfindən saxlanılıb. Həmin ərazidə olan vətəndaşlar onların silahlı olduqlarını biliblər və bu barədə dərhal polisə məlumat verilib. Həmin ünvana gələn polislər isə naməlum şəxsləri saxlayaraq zərərsizləşdiriblər. Şahidlərin verdiyi məlumata görə, həmin şəxslərin universitetə basqın etməyi planlaşdırdığına dair xəbər yayılıb və insanlar təlaş isində həmin ərazidən uzaqlaşıblar. Ancaq o da bildirilir ki, silahlı şəxslər özlərini çox sakit aparırmışlar və onların üzərində silah olduğu ani bir anda hiss olunub. Saxlanılan şəxslərin məxfi xidmət işçiləri olduğu barədə məlumatlar da dolaşır. Lakin hadisədən sonra ABU-nun mühafizəsi gücləndirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, Neft Akademiyasındakı faciədən sonra analoji fakt qeydə alınmayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları təhlükəsizliyə tam nəzarət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA