Valyutadəyizmə məntəqəsinə basqın olmayıb

img

04-05-2009 [08:16]


Bu gün saat 15.30 radələrində rayonun Əhmədli qəsəbəsi, Sarayevo küçəsindəki valyutadəyişmə məntəqəsinə basqın olması barədə xəbər yayılib. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə isə belə bir hadisə olmayıb. Qeyd edk ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, valyutadəyişmə məntəqəsinə basqın edən şəxslər orada çalışan şəxsə ağır bədən xəsarəti yetirərək hadisə yerindən qaçıblar. Hadisənin kimlər tərəfindən törədildiyi hələlik müəyyən edilməyib. İlkin məlumata görə, valyutadəyişmə məntəqəsindən az miqdarda pul aparılıb. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən həmin valyutadəyişmə məntəqəsində çalışan Bağırov Elsevər isə deyib ki, heç bir basqın filan olmayıb: ?Düzü, mən bilmirəm ki, belə bir məlumat necə çıxıb. Məndə təzyiq xəstəliyi var, başım gicəllənib yıxılmışam. Həkimə müraciət etdiyim zaman isə valyutadəyişmə məntəqəsində işlədiyim üçün şübhələniblər ki, bəlkə basqın olub və mənə xəsarət yetiriblər. Əslində isə heç nə baş verməyib. Valyutədəyişmə məntəqəsindən pul da oğurlanmayıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA