Dövlət Neft Akademiyasındakı qanlı hadisə ilə əlaqədar daha bir nəfər saxlanılıb

img

04-05-2009 [07:54]


[b]Onu Rusiyadan Bakıya gətirirlər![/b] ?Media forum? saytı xəbər verir ki, Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş vermiş qanlı hadisə ilə əlaqədar daha bir nəfər saxlanılıb. Saytın əldə etdiyi məlumata görə, akademiyaya silahlı basqından bir neçə saat sonra hüquq mühafizə orqanlarının əməkdaşları Qazax rayonunun Daş Salahlı kəndində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Onlar kənd sakini Mədət Qafur oğlu Kazımovu axtarıblar. Aydınlaşıb ki, M.Kazımov Rusiyanın Vladivostok şəhərində inşaat işində çalışır və bir neçə aydır oradadır. M.Kazımovun valideynləri polis idarəsinə çağırılıb və onlardan övladlarını gətirtmək tələb olunub. Mayın 3-dən 4-nə gecə isə Azərbaycanın hüquq mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində M.Kazımov tutularaq Bakıya gətirilib. ?Media forum?un əldə etdiyi qeyri-rəsmi məlumatlara görə, Neft Akademiyasındakı qanlı hadisəni törətdikdən sonra özünü öldürən Fərda Qədirovun işlətdiyi mobil telefonun nömrəsi M.Kazımovun adına olub. M.Kazımovun əsasən bu səbəbdən axtarıldığı bildirilir. ?Media forum? xəbəri dəqiqləşdirmək üçün Respublika Prokurorluğu ilə əlaqə saxlayıb. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun cavabı belə olub: ?Bu və digər məsələlərə bizim rəsmi məlumatda aydınlıq gətiriləcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA