Müslümət Rzaxanova: ?Ömürlük məhbuslar arasında milli ədavət salınır?

img

01-05-2009 [06:46]


Ömürlük məhbusların cəza çəkdiyi Qobustan Qapalı Həbsxanasında vəziyyət gərgin olaraq qalmaqdadır. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Ömürlük Məhbusları Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova məlumat verib. Komitə sədrinin sözlərinə görə, sözügedən həbsxanada məhbusların qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqları pozulur: "Sonuncu dəfə sözügedən həbsxanada aprel ayının 19-da olmuşam. Oradakı vəziyyət əvvəllər olduğu kimi gərgindir. Yəni qanunsuzluq baş alıb gedir. Hər zaman olduğu kimi məhbuslar müxtəlif təzyiqlərə məruz qalır. Mən görüşə əsasən oğlum Ş.Rzaxanlının səlahiyyətli nümayəndəsi kimi gedirəm. Buna baxmayaraq, əlimdə olan bütün məhkəmə sənədləri götürülərək rəis tərəfindən oxunulduqdan sonra qaytarılır. Məhbuslar bir-birindən tam təcrid olunaraq ayrı-ayrı ?kars?lara salınıblar. Həmçinin orada əvvəlki kimi informasiya blokadası hökm sürməkdədir. Həm də məhbusların hər hansı müvafiq orqana müraciət etməsinin qarşısı alınır. Oğlum 2008-ci ilin fevral ayının 14-dən bu günədək ?kars?da saxlanılır. Bununla bağlı dəfələrlə əlaqədar qurumlara müraciət etmişəm. Lakin, bütün müraciətlər hər zamankı kimi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilir. Həbsxana rəhbərliyindən isə bildirilir ki, bu barədə onlara Penitensiar Xidmətin rəhbəri göstəriş verib. Bütün bu kobud qanun pozuntularıyla bağlı əlaqədar beynəlxalq təşkilatların hamısına müraciət hazırlanıb, ingilis dilinə tərcümə olunub və lazımi ünvanlara çatdırılıb". M.Rzaxanova həmçinin həbsxanada kütləvi təzyiqlərlə üzləşən məhbusların əksəriyyətinin azsaylı xalqların nümayəndələri olduğunu da bildirdi: "Orada milli ədavət da salınır. Sözügedən məsələylə bağlı həmin azsaylı xalqların ölkədəki nümayəndəliklərinə də müraciət edilib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA