Bacısını zorlamaqda təqsirləndirilən gənc 14 il azadlıqdan məhrum edildi

img

29-04-2009 [04:45]


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 14 yaşlı bacısını zorlamaqda təqsirləndirilən 20 yaşlı Bakı sakini Azər Fərəcovun məhkəməsi başa çatıb. A.Fərəcov Cinayət Məcəlləsinin 150.3-cü (azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham olunub. İttihama görə, o, bacısı Sevilə (ad şərti verilib) zor tətbiq etməklə ona qarşı seksual xarakterli hərəkətlər edib. Məhkəmədə ifadə verən A.Fərəcov özünü qismən təqsirli bilib. O, etiraf edib ki, bacısına qarşı bir neçə dəfə seksual xarakterli hərəkətlər edib. Ancaq bunu bacısının razılığı ilə edib. Lakin məhkəmədə zərərçəkmiş qismində dindirilmiş qız qardaşının onu hədə-qorxu altında saxladığını söyləyib. "Qardaşım mənə qarşı seksual hərəkətlər edəndən sonra bu barədə heç kəsə deməməyimi tapşırırdı və məni hədələyirdi" - deyə zərərçəkmiş məhkəmənin nəzərinə çatdırıb. Məhkəmənin hökmü ilə Azər Fərəcov 14 il müddətinə azadlıqdan məhrum edilib. /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA