?ideal? qəzetinin axtarızda olan təsisçisi Nazim Quliyev həbs olunub

img

25-04-2009 [12:27]


?İdeal? qəzetinin təsisçisi Nazim Quliyev həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun Lent.az-a verdiyi məlumata görə, aprelin 24-də Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış Şöbəsinin və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə barəsində axtarış elan olunan ?İdeal? qəzetinin təsisçisi 1969-cu il təvəllüdlü Nazim Telman oğlu Quliyev tutularaq istintaqa təhvil verilib. Qeyd edək ki, onun barəsində Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının şikayəti əsasında axtarış elan olunub. Xatırladaq ki, ?İdeal? qəzeti Mətbuat Şurası tərəfindən ?reket? qəzetlər siyahısına daxil edilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA