General-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfərin saxlanılması təsdiqlənib

img

23-04-2009 [01:51]


Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələrinin komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı bir nəfərin saxlanılması təsdiqlənib. Nəsimi rayon Məhkəməsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılan Anar Rəfiyevin barəsində aprelin 18-də hakim Sevda Hüseynovanın sədrliyi ilə qapalı məhkəmə iclasında 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. A. Rəfiyevə qarşı Azərbaycan Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə (terror aktı)) maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov ANS PRESS-ə faktı nə təkzib, nə də təsdiq edib: ?İstintaq sirri olduğu üçün ictimaiyyətə hələlik rəsmi məlumat verilmir?. Qeyd edək ki, "Yeni Müsavat? qəzetinin bugünkü sayında dərc olunan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ötən həftə Bakı sakini Anar Aydın oğlu Rəfiyevin idarə etdiyi avtomobili saxlayıblar. Avtomobilə baxış zamanı maşının yük yerində hərbi geyim aşkarlanıb. Araşdırma zamanı 26 yaşlı A.Rəfiyevin hərbçi olmadığı müəyyənləşib. A.Rəfiyev hərbi paltarları necə və hansı məqsədlə əldə etdiyini izah edə bilməyib. Ətrafında aparılmış əməliyyat tədbirlərindən sonra onu Respublika Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə təhvil veriblər. Orada A.Rəfiyev general Rail Rzayevin qətlinin istintaqını aparan qrupun müstəntiqləri tərəfindən sorğu-sual edilib. Xatırladaq ki, general Rail Rzayev bu il fevralın 11-də evinin yaxınlığında odlu silahla qətlə yetirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA