Müxalifət nümayəndəsinə qarzı sui-qəsd cəhdi olub

img

21-04-2009 [04:34]


?Ağdam rayonunun müxalifət liderlərindən biri olan Hüseyn Behbudova qarşı sui-qəsdə cəhd edilib. Ötən gün rayonun Quzanlı qəsəbəsində yerləşən yeməkxanaların birində nahar etmək istəyən H.Buhbudov onun xörəyinə şüşə qırıntılarının qarışdırıldığının şahidi olub. Bu hadisənin təsadüfən baş vermədiyini təsdiqləyən hal ondan ibarətdir ki, şüşə qırıntıları yalnız Hüseyn bəyin önünə qoyulan xörəyin içərisindən çıxıb və həmin şüşə qırıntıları ət parçalarının içərisinə məqsədli şəkildə daxil edillib?. Bu məlumat Müstəqil İnformasiya Agentliyinə Ağdam rayonundan verilib. Məlumatı dəqiqləşdirmək üçün Hüseyn Behbudovla əlaqə saxladıq. O, məlumatı təsdiqləyərək, artıq bununla bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verdiyinə də söylədi. Qeyd edək ki, Hüseyn Bebudov son zamanlar Ağdam rayonunda baş verən korrupsiya və dövlət vəsaitlərinin mənimsənilməsi faktlarının aşkar olunması və belə hallara qarşı mübarizə aparan rayon sakinlərinin fəallarından hesab edilir. Zərərçəkmiş özü də bu hadisənin məhz korrupsiya faktlarının aşkarlanmasından qorxan yerli məmurlar tərəfindən təşkil olunduğunu daha inandırıcı sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA