Nərimanovda əməliyyatçıların polis rəisinin oğlunu saxlamaları vəziyyəti gərginləzdirib

img

19-04-2009 [03:32]


Bir müddət əvvəl Nərimanov rayon Polis İdarəsində (RPİ) baş verən anlaşılmazlıq hələ də həmin idarədə müzakirə mövzusudur. Belə ki, rayon polis idarəsinin rəisi, polkovnik Muradəli Babayevin oğlunu idarənin cinayət-axtarış şöbəsinin əməliyyatçıları saxlayıblar. Hüquq-mühafizə orqanlarından "Reytinq" qəzetinə daxil olan məlumata görə, əməliyyatçılar polis rəisinin oğlunu "aftoşluq" etdiyi üçün tutublar: "Polis rəisinin gənc övladı özünü itirdiyi üçün əməliyyatçılara atasının polis rəisi Muradəli Babayev olduğunu belə, deyə bilməyib. Əməliyyatçılar onu saxladıqdan sonra atasının rəis olduğu idarəyə gətiriblər. Məhz idarədə onun rəisin oğlu olduğu aydınlaşıb. Əməliyyatçılar bunu bildikdən sonra məsələni sakit şəkildə yoluna qoymaq istəyiblər. Amma rəis bundan xəbər tutub". Mənbə bildirir ki, bundan qəzəblənən M.Babayev əməliyyatçıları təhqir etməkdən də çəkinməyib. "O, əməliyyatçıları təhqir etməklə yanaşı, "sizin işiniz-gücünüz yoxdur? Siz cinayətkar axtarırsınız, yoxsa "Aftoş"? "Aftoşlar"la mübarizə aparmaq üçün yol polisləri var. Deyəsən, cinayətkarlığın artdığı bir dövrdə siz özünüz üçün asan qazanc mənbələri axtarırsınız", - deyərək, onları bir sıra ağır məsələlərdə ittiham edib. Polisdəki mənbə həmin əməliyyatçıların adını çəkməsə də, qeyd edib ki, M.Babayev bu hadisədən sonra onları "gözüm-çıxdı"ya salıb: "İndi rəis onları "vurmaq" üçün bəhanə axtarır. Hələki əməliyyatçılar ona belə bir əsas vermirlər. Yəni həddən artıq ehtiyatlı hərəkət edirlər ki, ara sakitləşsin və rəisin qəzəbindən qurtulsunlar". Yeri gəlmişkən, onu da qeyd edək ki, Muradəli Babayev əvvəllər İmişli rayon Polis İdarəsində müxtəlif vəzifələrdə çalışıb. Daha sonra Şirvan şəhər Polis İdarəsinə rəis, təxminən bir il əvvəl isə Nərimanov rayon Polis İdarəsinə eyni vəzifəyə təyin edilib. Amma bu bir il ərzində o, Nərimanov rayonunda xeyli obyektlərə sahiblənib. Onun son "əməliyyatlar"ından biri isə Həsən Əliyev küçəsi ilə Xan Şuşinski küçələrinin kəsişməsində olan sahə müvəkkiliyinin inzabati otağını ələ keçirmək olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA