Xalq artisti ilhamə Quliyevanın oğlu azadlığa çıxdı

img

17-04-2009 [07:35]


[b]?Ekstazi? işi ilə bağlı keçirilən məhkəmədə keçmiş prokurorun oğluna 8 il cəza verildi [/b] Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə psixotrop maddə - "ekstazi" həblərinin satışı ilə məşğul olmaqda təqsirləndirilən xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənovun başçılıq etdiyi mütəşəkkil dəstənin işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Yalçın Həsənov 8 il, Həsən Həsənov 7 il 3 ay, Rüstəm Rüstəmov 7 il 3 ay, Ruslan Zalıyev 2 il, Vüqar Əliyev 1 il, Cavidan Əliyev 1 il, Zübayə Qulamova 6 il və Əli İsmayılov 7 il 6 ay azadlıqdan məhrum ediliblər. Məhkəmənin hökmü ilə İlhamə Quliyevanın oğlu Orxan Nadirova 11 ay, Ramin Həsənova 10 ay, Kəmalə Eyvazovaya 10 ay, Elşən Budaqova 9 ay və Mirəli Əliyevə 9 ay həbs cəzası verilərək azadlığa buraxılıblar. Həmin 5 nəfərin həbs müddəti həbs olunduqları gündən hesablandığı üçün onların cəzası başa çatmış sayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA