Nazirlik Cəlilabadda bəbirin insana hücum etməsi faktına zübhə ilə yanazır

img

15-04-2009 [01:55]


Eklogiya və Təbii Sərvətlər Nazirliyi Cəlilabad rayonu ərazisində adı ?Qırmızı Kitab?a düşmüş bəbirin insanlara hücum etməsi faktı barədə mətbuatda yazılanlarla bağlı bu gün açıqlama yayıb. Xatırladaq ki, mətbuat aprelin 9-da Cəlilabad ərazisində bəbirin gündüz vaxtlarda rayonun 17 yaşlı sakininə hücum edərək, onu yaraladığı barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə isə bildirilib ki, Cəlilabadda baş vermiş hadisə ilə bağlı şişirdilmiş məlumat yayılıb. Nazirliyin açıqlamasına görə, elmi-tədqiqatların nəticələri bir sıra vəhşi heyvan növləri, o cümlədən bəbirin insanlara çox nadir hallarda hücum etdiyini təsdiqləyir: ?Yırtıcı heyvanların duyğu orqanları insandan daha güclü olduğundan, onlar insanı uzaqdan hiss edir və onunla qarşılaşmaqdan yayınırlar. Əksər hallarda isə bu hücumların səbəbkarı bilavasitə insanın davranışı və ya ?təxribatı? olur. Adətən belə hallar insanın yırtıcıya uğursuz atəş açması nəticəsində baş verir. Yaralı heyvanlar uzun müddət keçdikdən sonra da təhlükəli olurlar. Belə ki, ov etmək qabiliyyətini itirmiş bu heyvanlar aqressivləşərək, bəzi hallarda insana da hücum edirlər. Nəticədə həmin heyvanlar insanlara qarşı aqressiv təqdim edilir və onların ?ovuna? başlanılır. Məhz bu cür səbəblərdəndir ki, respublikamızın faunasına daxil olan bir çox vəhşi heyvan növlərinin nəsli artıq tükənmək təhlükəsi ilə üzləşib. Hazırda bir sıra yırtıcı növlər ? bəbir, vaşaq, zolaqlı kaftar və otyeyən növlər bu təhlükə ilə üz-üzədir?. Nazirliyin məlumatına görə, aprelin 9-da Cəlilabadda baş vermiş insidentlə əlaqədar müəyyən edilib ki, yırtıcı heyvanın hücumunun səbəbkarı sakinlər özləri olublar. ?Hətta şahidlərin dediklərinə və hücumun xüsusiyyətinə görə həmin yırtıcının bəbir olması da şübhə doğurur?-deyə ETSN-dən bildirilib. Bəbirlər gecə heyvanlarıdır. Əsasən əhali məskunlaşan ərazilərə yaxın yerlərdə tək-tək yaşayır və gecələr ova çıxır. Lakin gündüz, əsasən də tutqun havalarda da ova çıxması halları qeydə alınıb. Hazırda Azərbaycanda bəbir yalnız Talış dağlarında (Lənkəran, Astara və Lerik ərazisində), Zəngəzur (Kiçik Qafqazın cənub-şərq hissəsində (Zəngilan, Qubadlı rayonlarında)), Qarabağ və Naxçıvan dağlarında (Zəngəzur mahalının Naxçıvana aid olan hissəsində), son məlumata görə isə Acınohur ərazisində qeydə alınıb. Ölkəmizdə bir baş bəbirin ovlanmasına görə cərimə 3300 manat təşkil edir. Əgər bu heyvan Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində ovlanarsa, bu ziyan 2 və 3 qat ölçüdə hesablanır. Nazirlik vətəndaşları nadir fauna növü olan bəbir və digər unikal bioloji sərvətlərin mühafizəsinə dəvət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA