Nəsimi sakininin 50 min dolları və külli miqdarda dəyəri olan qızıl-zinət əzyaları oğurlanıb

img

14-04-2009 [03:53]


Nəsimi rayonundakı mənzillərdən birindən külli miqdarda dəyəri olan qızıl-zinət əşyaları oğurlanıb. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, bir müddət öncə Azadlıq prospektində yaşayan 1975-ci il təvəllüdlü Təranə Tağıyevanın evindən 50 min dollar dəyərində qızıl-zinət əşyaları, 500 manat pul, geyim və parfumeriya əşyaları oğurlanıb. Ev sahibinin evdə olmamasından istifadə edən naməlum şəxs açar seçmə yolu ilə mənzilə daxil olub. Hazırda polis əməkldaşları hadisəni törədən şəxsin müəyyən edilib tutulması üçün əməliyyat-axtarış tədbirləri keçirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA