Bakıda bir gündə iki intihar hadisəsi baz verib

img

14-04-2009 [03:49]


Nəsimi rayonunda intihar hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, M.Cəlil küçəsində yaşayan 1961-ci il təvəllüdlü Svetlana Mövsümova yaşadığı evin hamamında özünü asaraq intihar edib. Hələlik intiharın səbəbləri bilinmir. Faktla bağlı araşdırma aparılır. [b]Ruhi xəstə intihar edib[/b] Nizami rayonunda ruhi xəstə özünü öldürüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Babək prospektində yaşayan 1973-cü il təvəllüdlü Rüstəm Muxtar oğlu Kərimov yaşadığı mənildə özünü asaraq intihar edib. Daha bir ruhi xəstə isə Əzizbəyov rayonunda itkin düşüb. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olan məlumata görə, Şüvəlan sakini 1951-ci il təvəllüdlü Elza Kərimova yaşadığı ünvandan çıxdıqdan sonra geri qayıtmayıb. Hazırda onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA