Yasamalda firma prezidenti bıçaqlandı

img

13-04-2009 [08:45]


Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən Aqrar Tikinti Firmasından bıçaq xəsarətləri ilə oranın prezidenti Bağır Muradov Kliniki Tibbi Mərkəzə çatdırılıb. İlkin araşdırma zamanı məlum olub ki, həmin xəsarətləri ona firmanın ofisində Bərdə rayon sakini Raqib Hidayətov münaqişə zəminində yetirib. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində R.Hidayətov tutularaq istintaqa təhvil verilib. Onun barəsində AR Cİ-nin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəs ilə cinaytə işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA