Nardaran sakini həmkəndlisinin silahla hədələyib

img

11-04-2009 [03:05]


Sabunçu rayonu, Nardaran qəsəbə sakini, 1971-ci il təvəllüdlü Sahib Salmanov hüquq-mühafizə orqanlarına müraciət edərək həmyerlisi, 22 yaşlı Zülfüqar Cabbarovun İmamzadə Pirinin yaxanlığında onun qarşısını kəsərək ölümlə hədələdiyini bildirib. Şikayətçinin sözlərindən məlum olub ki, Z.Cabbarov avtomat silahı ilə hədələməklə ondan 8 min dollar və avtomobil tələb edib. Əks halda onu öldürəcəyini və bütün əməlakını talan edəcəyini deyib. Bunun üçün Z.Cabbarov S.Salmanova bir neçə gün vaxt verib. S.Salmanov isə hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək qərarına gəlib. Hazırda Z.Cabbarovun tutulması üçün tədbirlər həyata keçirilir. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində AR CM-nin hədə-qorxu ilə pul tələb etmə maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA