Azyazlını zorlamaq istəyən zəxs həbs edildi

img

10-04-2009 [04:53]


Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 8 yaşlı qızı zorlamağa cəhd edən Ağdam rayon sakini Zabil Dərgahov tutulub. Məlumata görə, Z. Dərgahov qəsəbənin yeni yaşayış sahəsində yaşayan 8 yaşlı Validə Məmmədovanı (ad, soyad dəyişdirilib) yaxınlıqda yerləşən tikliyə salaraq orada zorlamaq istəyib və azyaşlının sırğalarını alıb. Azyaşlının qışqırıq səslərinə gələn qonşular Z.Dərgahovu tutublar. Məsələnin nə yerdə olduğunu bildikdən sonra isə onu döyüblər. Hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları yarıhuşsuz vəziyyətdə olan Z.Dərgahovu Bakı şəhərindəki xəstəxanalardan birinə apararaq reanimasiya şöbəsinə yerləşdiriblər. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda aşardırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA