Axtarızda olan zəxslər həbs edilib

img

09-04-2009 [06:58]


Bakıda axtarışda olan şəxslər tutulublar. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olan, 1983-cü il təvəllüdlü Elşən Əli oğlu Caniyev tutublar. Axtarışda olan digər 2 şəxs isə Suraxanı rayonunda yaxalanıb. Suraxanı rayon Polis İdarəsi 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan, 1970-ci il təvəllüdlü İlqar Cabbar oğlu Dursunov həbs olunub. 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə axtarışda olan, 1957-ci il təvəllüdlü Əzizağa Ağa oğlu Məmmədov tutularaq, istintaqa təhvil verilib. [b]Oğurluqda şübhəli bilinən şəxs tutulub[/b] Yasamal rayonu, Vidadi küçəsində yaşayan 1946-cı il təvəllüdlü Heydər Əliheydər oğlu Qədirovun mənzilindən pəncərədən keçmək yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Yasamal rayon Polis İdarəsi 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü İslam Niyaz oğlu Rəhimov həbs olunub. Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA