Səbaildə bıçaqlanma hadisəsi baz verib

img

08-04-2009 [03:39]


Səbail rayonu ərazisində yerləşən tikinti şirkətlərindən birinin həyətində bıçaqlanma hadisəsi baş verib. Valeh Şafər oğlu Nəsrullayev ilə Adışirin Əbülfət oğlu Müslümov arasında başlayan mübahisə A. Müslümovun qarın nahiyəsindən daxilə keçən iki bıçaq yarası alması ilə nəticələnib. O, dərhal xəstəxanaya çatdırılıb. Valeh Nəsrullayev isə polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail Rayon Polis idarəsinə aparılıb. Hər iki şəxs milliyyətcə ləzgidir və aralarında baş verən mübahisəyə səbəb də elə bu olub. Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Müslüm Quliyevin ANS-ə verdiyi məlumata görə, mübahisənin baş verməsinə səbəb o olub ki, zərərçəkən təqsirləndiriləni ləzgi olmağına baxmayaraq ləzgi dilini bilməməkdə günahlandırıb. Ləzgi dilini bilməyən Qaradağ rayonu Sahil qəsəbə sakini 21 yaşlı Valeh Nəsrulalyev isə bunu özünə ayıb bilməyib. Adışirin bu cavabdan narazı qalıb və səhəri gün yenidən onun yanına gələrək mübahisə etməyə başlayıb, nəticədə V. Nəsrullayev ona qarın nahiyəsindən xəsarət yetirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Valeh Nəsrullayev barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA