Azyazlılar arasında narkotik vasitələrin satızı ilə məzğul olan dəstə həbs olunub

img

06-04-2009 [06:52]


Cəlilabad rayonunda azyaşlılar arasında narkotik vasitələrin satışı ilə məşğul olan mütəşəkkil dəstə tutulub. Məlumata görə, narkotik maddələri azyaşlılar arasında yayan dəstə üzvləri-Cəlilabad şəhər sakini Məqsəd Sadıqov, Dəyanət Sadıqov, Rövşən Quliyev və Cavid Əsgərov heroin satarkən yaxalanıblar. Onların üzərindən külli miqdarda heroin götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.2 və 234.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq təkrarən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, satma) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA