Taksi sürücüsünü ölümcül hala salaraq Maztağa qəbiristanlığına atıblar

img

06-04-2009 [06:46]


Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisindəki qəbiristanlıqdan Biləcəri qəsəbə sakini Vaqif Bağırov huşsuz vəziyyətdə tapılıb. Araşdırma zamanı məlum olub ki, iki naməlum şəxs metronun ?Əzizbəyov? stansiyası yaxınlığında Vaqif Bağırovun taksi kimi idarə etdiyi ?Azsamand? markalı avtomobilinə əyləşib və ondan Maştağa qəsəbəsinə sürməsini xahiş ediblər. Qəbiristanlığın yanından keçərkən sərnişinlərdən biri qaz tapançasını onun başına dirəyərək maşını qəbiristanlığın içərisindən sürməsini tələb ediblər. Sürücü sərnişinlərin tələbinə uyğun olaraq maşını qəbiristanlığın içərisindəki cığırla sürməyə başlayıb. Bu vaxt sərnişinlər maşını saxladıb və sürücünü maşından düşürərək qazbalonundan gözlərinə qaz vurublar. Bundan başqa, burnuna uyşdurucu qoxulu əski parçası utublar. Sürücü huşunu itirib. Səhər saatlarında onu huşsuz vəziyyətdə qəbiristanlığın mollaları qəbirlərin arasından aşkar ediblər. Araşdırma zamanı məlum olub ki, quldur-sərnişinlər avtomobilin maqnitafonunu, mobil telefonu, sənədləri və sürücünün gün ərzində qazandığı 78 manatı götürüblər. Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA