Adam oğrusu Bakıya ekstradisiya olunub

img

06-04-2009 [06:40]


Adam oğurluğunda təqsirli bilinən 33 yaşlı Asif Şirixov Bakıya ekstradisiya olunub. Bu şəxs adam oğurluğunda təqsirli bilinir. Məlumata görə, axtarışda olan Asif Şirixov Moskva şəhərində qanunsuz silah gəzdirdiyi üçün saxlanılıb. Bu zaman onun vətənində axtarışda olduğunu müəyyən edilib. Asif Şirixov 2001-ci ildə Nəsimi rayonu ərazisində üç nəfər şəxslə əlbir olaraq diş həkimi işləyən Ramazan Sultanovu oğurlayıb. Oğurlanmış şəxs 4 gün Hövsan qəsəbəsindəki mənzillərdən birinin zirzəmisində ac-susuz girov saxlanılıb. Adam oğruları Ramazan Sultanovun yaxınlarından 25 min ABŞ dolları alandan sonra onu azad ediblər. Adam oğurluğunda iştirak etmiş digər şəxslər tutulub mühakimə olunsalar da, Asif Şirixov Rusiyaya qaçıb. Bir neçə gün əvvəl Moskvada qanunsuz silah gəzdirdiyinə görə milis işçiləri tərəfindən tutularkən axtarışda olduğu üçün adını səhv deyib. Araşdırma zamanı onun axtarışda olan Azərbaycan vətəndaşı Asif Şirixov olması müəyyənləşib. Asif Şirixov əvvəllər də adam oğurluğuna və qanunsuz silah gəzdirməyə görə məhkum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA