14 yazlı qızlığını zorlayan ata həbs edilib

img

06-04-2009 [06:38]


Hüquq mühafizə orqanlarına 1965-ci il təvəllüdlü Vasif İbrahimovun 14 yaşlı qızlığı Həqiqət Seyfullayevanı zorlamasına dair Həqiqət Seyfullayevanın anası tərəfindən şikayət ərizəsi daxil olub. Məsələnin aydınlaşdırılması ilə əlaqədar olaraq Vasif İbrahimov polisə dəvət edilib. Lakin Vasif İbrahimov polisə getməkdən yayınıb və naməlum ünvanda gizlənib. İlkin araşdırma olaraq Həqiqət Sefyullayeva ekspertizadan keçirilib və onun intim əlaqədə olduğu müəyyən edilib. Həqiqət Seyfullayeva atalığı tərəfindən zorlandığını bildirilib. Vasif İbrahimov barəsində axtarış əməliyyat tədbirləri keçirilib və o, Nardaran bağ massivindəki bağ evlərindən birində yaxalanıb. Həmin ev Vasif İbrahimovun yaxın dostuna məxsus imiş və o, həbsdən yayınmaq üçün həmin bağ evində gizlənirmiş. İstintaq davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA