iki bacı polislərin poqonlarını söküb

img

04-04-2009 [06:42]


Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində mikravtobus sürücüsü ilə "İnfiniti" markalı avtomobilin sürücüsü arasında dava polis əməkdaşının paqonlarının sökülməsi ilə nəticələnib. Məlumata görə "İnfiniti" markalı, Az 10 VH 222 nömrə nişanlı avtomobilin sürücü 35 yaşlı İlhamə və onun baçısı 45 yaşlı Roza Nəcəfzadə ilə "Mersedes" markalı, Az 10 MT 438 nömrə nişanlı mikroavtobusun sürücüsü Bakir Mirzəyev arasında mübahisə yaranıb. Mübahisə zamanı hadisə yerinə gələn Post Patrul Xidmətinin əməkdaşları 23 yaşlı Rahil Həsənquliyev və Vüqar Əhmədov hər iki sürücüdən ictimai asayişi pozmamağı tələb ediblər. Bu zaman Nəcəfzadə bacıları ilə polislər arasında mübahisə baş verib. Mübahisə zamanı bacılar polislərin paqonlarını söküblər. Həmçinin qadınlar polislərə xəsarət də yetiriblər. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA