Şirkətə məxsus 400 ədəd zifer, 30 ədəd pəncərə, 44 ədəd qapı necə oğurlandı

img

04-04-2009 [06:38]


Əzizbəyov rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qapı-pəncərə və tikinti materiallarının satışı ilə məşğul olan ?Qala STV? Açıq Tipli Səhmdar Cəmiyyətindən (ATSC) oğurluq etdiyinə görə Qala qəsəbəsinin sakini 39 yaşlı Elşən İsmayılov həbs edilib. Qeyd edək ki, əvvəlcə ? Qala STV? ATSC-nin rəhbərliyi bir ay ərzində ordan 44 ədəd qapının, 30 ədəd pəncərənin və 400 ədəd şiferin naməlum şəxslər tərəfindən oğurlanması haqda polisə məlumat verib. Bundan sonra polis əməkdaşlarının apardıqları araşdırma zamanı E.İsmayılovun oradan oğurluq etməsi müəyyən edilib və o, həbsə alınıb. Araşdırma zamanı o da müəyyən edilib ki, oğurlanan materialların ümumi dəyəri 20.000 ABŞ dollarına yaxındır. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA