Ər arvadının baz nahiyyəsinə balta ilə iki zərbə vurub

img

04-04-2009 [06:34]


Binəqədi rayon sakini Teyyub İskəndərov həyat yoldaşına balta ilə xəsarət yetirdiyi üçün həbs edilib. Məlumata görə, 28 May qəsəbəsində yaşayan 39 yaşlı Teyyub İsgəndərov yaşadığı mənzildə ailə məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı balta ilə həyat yoldaşı 29 yaşlı Ruhiyyə Quliyevanın baş nahiyyəsinə iki zərbə vurub. Hadisədən sonra R.Quliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. T.İsgəndərov isə etdiyi hərəkətə görə polislər tərəfindən saxlanılıb. Məlumata görə, T.İsgəndərov həmin qəsəbədəki mağazaların birində satıcı işləyirmiş. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA