Bakı sakini çinlinin qulağını kəsib

img

04-04-2009 [06:31]


Bakıda Cin Xalq Respublikasının vətəndaşı Yin Xianın qulağını kəsiblər. Belə ki, Çin vətəndaşı ilə Bakı sakini Valeh Məmmədov arasında mübahisə baş verib. Nəticədə bakılı cibindən bıçaq çıxararaq çinli qonağın sağ qulqulağını kəsib. Xəsarət alanı xəstəxanaya götürüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, ilkin araşdırma zamanı tərəflərin verdikləri ifadələrdən məlum olub ki, Çin vətəndaşı Bakıda vətənindən gətirdiyi xırda-para əşyaların alveri ilə məşğul olurmuş. O, ?Xətai? metrosunun qarşısında saat satarkən Valeh Məmmədov ona yaxınlaşıb və saatın qiyməti, keyfiyyəti ilə maraqlanıb. Çinli malını tərifləyəndə isə bakılı hövsələdən çıxıb və ondan nəyə görə keyfiyyətsiz malları Bakıya gətirib satmasını soruşub. Əvəzində isə çinli alverçi onu rus söyüşü ilə söyüb. Mübahisəyə səbəb də elə bu olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA