Rusiyanın kriminal aləmində "Lotu Arif" kimi məzhurlazan azərbaycanlı avtoritet həbs edilib

img

04-04-2009 [12:00]


Rusiyanın kriminal aləmində "Lotu Arif" kimi məşhurlaşan Arif Mehdiyev Tulada həbs olunub. Vilayət Daxili İşlər İdarəsinin Rusiya DİN-nin əməkdaşları ilə birlikdə həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilən 47 yaşlı A.Mehdiyev saxta pasportdan istifadə edərkən ələ keçib. Azərbaycan vətəndaşı olan "lotu Arif" 1991-2005-ci illərdə Rusiyada yaşasa da, saxta qeydiyyat sənədlərindən yararlanıb. O, tutulanda da milislərə saxta pasport və qeydiyyat vəsiqəsi göstərib. Bəlli olub ki, "lotu Arif" Rusiya vətəndaşlığı və ümumvətəndaşlıq pasportu almaq üçün də elə həmin saxta sənədlərdən yararlanıb. "Apardığımız araşdırmalar nəticəsində müəyyənləşdirdik ki, Arif Mehdiyev 1990-1998-ci illərdə Azərbaycanda həbsdə olub. Həmin ölkənin vətəndaşı olan A.Mehdiyevin Rusiyada saxta sənədləri və pasportu kimlərin vasitəsilə əldə etməsini müəyyənləşdirəcəyik", - Tula millisinin mətbuat xidmətindən bildirdilər. Tulanın Şekin rayon məhkəməsi A.Mehdiyevi inzibati hüquqpozmada təqsirləndirərək onun 3 min rubl məbləğində cərimələnməsi və Rusiyadan Azərbaycana deportasiya edilməsi barədə qərar çıxarıb. "Lotu Arif"i tanıyanlar isə bu tutulmanın və deportasiyanın sifarişli olduğunu deyirlər. "Arif Mehdiyev 18 ildir ki, Rusiyada yaşayır və hələ indiyədək bir dəfə də olsun, saxta sənəd hazırlamaqda, illah da saxta pasport gəzdirməkdə suçlanmayıb. Mən biləni, onun sənədlərinin hamısı qaydasındadır və qanuni yolla alınıb. İndi qəflətən "saxta sənəd" məsələsinin ortaya atılması, Arifin də deportasiya olunması çox təccüblü məsələdir. Hər halda mən bunun səbəblərini bilmirəm", - Tuladakı azərbaycanlı diasporunun fəal üzvlərindən olan Yaqub Qələndərov söyləyir. Müşahidəçilər isə hesab edirlər ki, ilin əvvəlindən bəri Rusiyada azərbaycanlı "qanuni oğrular"ın həbslərinin aktivləşməsi, xüsusilə də tutulanların tam əksəriyyəti barədə "axtarışda olan şəxsin Azərbaycana deportasiyası" barədə qərarların verilməsinin səbəblərindən biri Bakı ola bilər. Belə ki, Azərbaycandakı islah-əmək düşərgələrindəki məhbuslar arasında "oğru qanunları"nın pozulması, aşkar "besperedel" hallarının sürətlə artması hüquq-mühafizə orqanlarını da ciddi narahat edir. Həmin səbəbdən də Rusiyadakı nüfuzlu "lotu"ların Azərbaycana gətirilərək onlara məhbuslar arasında "yoldaş qaydaları"nın yaradılmasının tapşırılması istisna edilmir. // Ekspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA