Xocəsən bələdiyyəsinin sədri məsuliyyətə cəlb edildi

img

03-04-2009 [06:39]


[b]Z.Məsimov qanunsuz torpaq satışı edib və büdcəni talayıb[/b] Binəqədi rayonunun Xocəsən bələdiyyəsinin sədri Zəfər Məsimov həbs edilib. Qaynar.info-nun Baş Prokurorluğa istinadən verdiyi xəbərə görə, Z.Məsimov xidməti səlahiyyətlərini aşaraq, dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahəsinə dair qanunsuz qərar qəbul etməkdə və külli miqdarda özgə əmlakını mənimsəməkdə ittiham olunur. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Z.Məsimov Xocəsən bələdiyyəsinin sədri vəzifəsində işləyərkən, dövlət mülkiyyətinə məxsus ərazilərə aid olan, mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul etməyə səlahiyyəti olmadığı halda 400 kv.metr torpaq sahəsinin E.Qasımovanın mülkiyyətinə verilməsinə dair sədri olduğu bələdiyyənin adından 23 noyabr 2007-ci il tarixli 31/27 saylı qanusuz qərar qəbul etmiş, lakin həmin torpaq sahəsinin E.Qasımovaya deyil, Neftçala rayonunun Mirqurbanlı kəndində qeydiyyatda olan Dadaşov Xanlar Gülağa oğlunun faktiki istifadəsinə verilməsini təşkil edib. Bundan başqa o, sədri olduğu bələdiyyənin büdcəsini də qanunsuz olaraq mənimsəyib. Belə ki, 26 dekabr 2007-ci il tarixli, 33/31 saylı qərar əsasında Yeni il bayramı ilə əlaqədər Xocəsən, Sulu-təpə, 28 may qəsəbələrində yaşayan 1200 aztəminatlı, şəhid və əlil ailələrinin uşaqlarına bayram hədiyyələrinin alınması adı ilə 9.600 manat, bələdiyyə sakinlərinin istirahət etdiyi yerlərdə Yeni il yolkalarının bəzədilməsi adı ilə 1.900 manat, bələdiyyə üzvlərinə, qulluqçularına və dəvət olunan qonaqlara Yeni il şənliyinin təşkil olunması adı ilə 3.500 manat, ümumilikdə 15.000 manat maliyyə vəsaitinin ayrılmasına dair 26 dekabr 2007-ci il tarixli, 78 saylı sərəncam verib, həqiqətdə isə həmin sərəncam əsasında qeyd edilən 15.000 manatı bələdiyyənin xəzinəsindən götürüb mənimsəyib. Törətdiyi əməllərinə görə Z.Məsimov Azərbaycan Respublikası CM-in 179.3.2, 309.1 və 314-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi və məsuliyyətə cəlb olunması üçün müvafiq istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA