Arvadının qulağını kəsib, sonra kislotayla üzünü yandıran inqilab Hüseynova 10 il iz verildi

img

01-04-2009 [04:30]


[b]Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qeyri-rəsmi yaşadığı arvadını öldürməyə cəhd göstərməkdə təqsirli bilinən İnqilab Hüseynova hökm oxunub. [/b] Məhkəmə yolu ilə müəyyən edilib ki, İnqilab Hüseynov ötən il dekabrın 8-də Nizami rayonu ərazisində yerləşən 26 saylı poliklinikaya gələrək orada işləyən Kəmalə Mehdiyevanın üzünə kislota töküb. Nəticədə Kəmalə Mehdiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Kəmalə Mehdiyeva ifadəsində göstərib ki, hadisə baş verən poliklinikaya hadisədən 10 gün qabaq qulağından aldığı bıçaq yarasının sarğısını dəyişdirməyə gəlibmiş. Belə ki, əri bıçaqla onun qulağının bir hissəsini kəsibmiş. Kəmalə Mehdiyevanın sözlərinə görə, qeyri-qanuni yaşadığı İnqilab Hüseynovla 5 il ər-arvad kimi münasibətdə olub. Hadisədən dörd ay əvvəl isə münasibətləri korlanıb. O, İ.Hüseynovu evindən çıxartmaq qərarına gəldikdən sonra sonuncu onu ölümlə hədələməyə başlayıb. Bununla bağlı K.Mehdiyeva Nizami rayon 24-cü polis bölməsinə ərizə ilə müraciət etdikdən sonra İ.Hüseynovdan K.Mehdiyevanı incitməmək barədə izahat alınıb. Amma bundan sonra hədələrini artıran İnqilab Hüseynov əvvəlcə qeyri-rəsmi arvadının qulağına kəsib. Kəmalə Menhdiyeva 24-cü polis bölməsinə müraciət etsə də, bölmə əməkdaşları İ.Hüseynova xəbərdarlıq etməklə kifayətləniblər. Bundan sonra İ.Hüseynov qadının üzünü də kislotayla yandırıb. Məhkəmənin hökmü ilə İnqilab Hüseynov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA