70 yazlı qadını zorlayan salyanlı məhkum edilib

img

01-04-2009 [04:26]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə zorlamada ittiham olunan Cavid Qəribova hökm oxunub. Məhkəmə yolu ilə müəyyən edilib ki, Salyan şəhər sakini Cavid Qəribov bu il yanvarın 2-də Salyan şəhər sakini 70 yaşlı Zərifə Səfərovanın evinə girib. Ev sahibəsinə zor tətbiq edərək onu zorlayıb. Cavid Qəribov məhkəmədə əməlini etiraf edib və peşmançılıq keçirdiyini bildirib. Məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Zərifə Səfərova ifadəsində göstərib ki, Cavid Qəribov qapını döyərək ondan nəvəsi Tuqayın evdə olub-olmadığını soruşub. Sonra qəflətən arvadı itələyib evə salıb. Başından yumruq zərbəsi vurandan sonra arvad huşunu itirib. Ayılanda isə zorlandığını başa düşüb. Məhkəmənin hökmü ilə Cavid Qəribov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA