Bakıda qarət halları artıb

img

01-04-2009 [04:15]


[b]Eyni vaxtda və eyni üsulla iki mağaza qarət olunub [/b] Bakı şəhərində iki mağazada oğurluq qeydə alınıb. Səhər saat 4 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospekti 110 ünvanında yerləşən "İnşaat Dünyası" mağazasına oğrular girib. Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə oğrular mağazaya pəncərənin dəmir barmaqlığını kəsmək yolu ilə daxil olublar. Oradakı sefyin qapısını xüsusi vasitə ilə açaraq mağaza sahibi Rasim İsayevə məxsus 70 min dolları götürərək aradan çıxıblar. İlkin versiyalardan birinə görə oğrular əvvəlcədən mağazadakı seyfdə külli miqdarda pul olduğunu biliblər. Hazırda oğruların müəyyən olunması üçün əməliyyat axtarış tədbiri həyata keçirilir. Eyni üsulla və eyni saatda qarət olunmuş daha bir mağaza isə daha bir mağaza Suraxanı rayonu, Bülbülə qəsəbəsinin ərazisində qarət olunub. İlham Kazımova məxsus olan və qəsəbənin İ.Məmmədov küçəsi 21 ünvanında yerləşən mağazaya baxış keçirən polis müəyyən edib ki, oğrular mağazaya pəncərə barmaqlıqlarını kəsərək daxil olublar. Oradan xeyli ərzaq, tütün məmulatları ilə yanaşı 400 manat dəyərində danışıq kartları və 4500 manat götürərək aradan çıxıblar. [b] ?Taekvando? Federasiyasının üzvü "Makdonalds"da qarət olunub [/b] Nərimanov rayonu, F.Xoyski prospekti 88 ünvanında yerləşən "Makdonalds" kafesində Bakı şəhər sakini Firuzə Talıbovanın çantası oğurlanıb. Məlumata görə oğurlanan çantanın içində 1500 manat pul, Taekvando Federasiyasından Firuzə Talıbovaya verilmiş vəsiqə və sertifikat, o cümlədən digər sənədləri olub. Faktla bağlı Nərimanov RPİ-nin 16-cı polis bölməsində araşdırma aparılır. Firuzə Talıbova ərizəsində göstərib ki, ?Maqdonalds?a girərək çantasını stollardan birinin üstünə qoyub və kofe almaq üçün stoldan aralanıb. Geri qayıdanda isə çantasını stolün üstündə tapmayıb. [b]Yanğın əleyhinə avadanlıqları oğurlayan gənc məhkum edildi [/b] Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yanğın əleyhinə avadanlıqları oğurlayan gəncin məhkəməsi başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, 22 yaşlı İlqar Allahverdiyev Yasamal rayonu ərazisindəki binalardakı yanğın əleyhinə avadanlıqları oğurlayaraq satırmış. O, ayrı-ayrı binalardan 8 avadanlıq oğurlayıb və 8-ci kilometrdə yerləşən kolxoz bazarında satıb. Məhkəmədə dindirilərkən İlqar Allahverdiyev bildirib ki, heç bir yerdə işləmədiyi və pul sarıdan korluq çəkdiyi üçün bu yola əl atıb. Növbəti dəfə Yasamal rayonu Naxçıvani küçəsində yerləşən 22 saylı binadan boruların şırnaq başlıqlarını oğurlayarkən ələ keçib. Məhkəmənin hökmü ilə İlqar Allahverdiyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA