Paytaxt polisi bir neçə cinayətkar dəstəni zərərsizləzdirib

img

31-03-2009 [03:22]


[b]Meyitlərin qızıl dişlərini çıxarmaqla məşğul olan dəstə tutulub [/b] Yasamal rayonu ərazisində qəbirləri qazaraq oğurluq edən dəstə üzvləri yaxalanıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, onlar növbəti dəfə meyitlərin qızıl dişlərini çıxararkən yaxalanıblar. Hazırda istintaq aparıldığından saxlanılan şəxslərin adlarını öyrənmək mümkün olmayıb. Hadisəni törədənlərin sayı bir neçə nəfər olsa da, hələlik 3 nəfər saxlanılıb. Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. [b] ?Sədərək?də pornoqrafik disklər satan şəxs tutulub [/b] Əzizbəyov rayonu ərazisində yerləşən ?Sədərək? ticarət mərkəzində yerləşən köşklərdən birində pornoqrafiq disklər satan Binə qəsəbə sakini Mürvət Haqverdiyev tutulub. Əzizbəyov rayon Polis İdarəsindən verilən məlumata görə Əzizbəyov Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları M.Haqverdiyevin satıcı olduğu köşkdən xeyli pornoqrafiq məzmunlu disklər götürüblər. Onun diskin birini 10 manata satdığı bildirilir. Faktla bağlı cinayət işi başlanıb. [b] DİN arxivində saxlanılan barmaq izləri oğrunun tapılmasında yardımçı oldu [/b] Xətai rayonu, Həzi Aslanov qəsəbəsi, 34-cü dairəvi küçəsi ev 38 ünvanında yaşayan İlham Muradov evində oğru ilə rastlaşıb. Həmin şəxs mənzil sahibinə əlinki küt alətlə xəsarət yetirərək mənzildən qaça bilib. Zərərçəkən bu barədə rayon Polis İdarəsinin 37-ci polis bölməsinə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları oğrunun mənzilə pəncərəni sındırmaq yolu ilə daxil olduğunu müəyyən ediblər. Mənzildən götürülən əl-barmaq izləri ilə polisin arxivində saxlanılan çoxsaylı barmaq izləri tutuşdurulub və müəyyən olunub ki, İ.Muradovun evindən götürülən əl-barmaq izləri əvvəllər məhkum edilmiş İsgəndər Məhərrəmova məxsusdur. Həyata keçirilən əməliyyat tədbiri nəticəsində İ.Məhərrəmov tutularaq istintaqa təhvil verilib. [b]Civə alverçiləri məhkum edilib [/b] Ağır Cinayətlərə Dair işlər üzrə Məhkəmədə İran İslam Respublikasının vətəndaşı Məhsub Vədudunun və Füzuli rayon sakini Arif Əliyevin məhkəməsi keçirilib. Bu şəxslər istintaqa məlum olmayan mənbədən əldə etdikləri 500 qram civəni ötən il dekabrın 4-də ?Qırmızı civə? adı ilə 550 min dolara satarkən həbs ediliblər. Məhkəmədə şahid qismində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini və Dövlət Gömrük Komitəsinin əməkdaşları ifadə verərək həmin şəxslərdə civə olması barədə əməliyyat məluamtı aldıqlarını və onların ətrafında əməliyyat planı hazırladıqlarını bildiriblər. Civə alverçiləri civəni onlarla alıcı kimi tanış olmuş, əslində isə hüquq mühafizə orqanında çalışan şəxsə satarkən yaxalanıblar. Belə ki, civə alverçiləri 500 qram çəkidə civəni 550 min dollara şərti alıcı olan polis əməkdaşına satarkən həbs ediliblər. Məhkəmənin hökmü ilə hər iki təqsirləndirilən şəxs barədə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA