Bacısı qızını fahizəliyə cəlb edən xalaya 6 illik həbs cəzası verildi

img

31-03-2009 [02:55]


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə insan alverində təqsirləndirilən Ceyran Sofiyevanın məhkəməsi başa çatıb. Məhkəmə yolu ilə müəyyən edilib ki, bu qadın öz doğma bacısı qızı Asya Cəfərovanı gecə barlarına aparıb fahişəliyə cəlb etməklə qazanc əldə edib. Məhkəmədə dindirilərkən Ceyran Sofiyeva ifadəsində göstərib ki, bacısı və bacısının əri vəfat edərkən Asyanın 4 yaşı olub. Qızcığaz əvvəlcə nənəsinin himayəsində yaşayıb. Nənəsi vəfat etdikdən sonra Asyanı xalası Ceyran öz himayəsinə götürüb. Həmni vaxt Asyanın 10 yaşı olub. Asya orta məktəbi əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olmasına isə xalası imkan verməyib. Təqsirləndirilən şəxsin ifadəsindən: ?Mən Asyaya dedim ki, ali məktəbdə oxumağı beynindən çıxart. Mən sənin məktəb xərclərini üzərimə götürə bilmərəm. Bu vaxta kimi mən səni saxlamışam, bundan sonra gərək sən ailəyə baxasan. Mən onu fahişəliyə cəlb etməmişəm. O özü gecə barlarına meylli idi?. Lakin məhkəmədə zərərçəkmiş qismində dindirilmiş Asya Cəfərova ifadəsində götərib ki, orta məktəbi bitirdikdən sonra xalası qiymət attestatını zorla onun əlindən alaraq cırıb və onu barlarda pul qazanmağa məcbur edib. Ötən il o, xalasını hərəkətlərindən bezərək polisə şikayət edib. Məhkəməni hökmü ilə Ceyran Sofiyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA