Basqınçılıqda zübhəli bilinən zəxslər tutulublar

img

30-03-2009 [06:26]


[b]Neft Şirkəti əməkdaşının evinə basqında şübhəli bilinənlər saxlanılıb[/b] Nizami rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbiri keçirərək rayon ərazisində kirayədə yaşayan 4 nəfəri ? Elton Səlimovu, Eyvaz Mürsəlovu, Qubad Məhərrəmovu və Zaur Qasımovu saxlayıblar. Gənc yaşlarında olan bu şəxslər maska geyinərək Nizami rayonu, Q.Qarayev prospekti, ev 46, mənzil 29-da yaşayan Azərbaycan Dövlət Heft Şirkətinin hüquqşünası Gündüz Hacıyevin mənzilinə basqın etməkdə şübhəli bilinirlər. Basqınçılar mənzilə eyvandan giriblər. Bıçaqla Gündüz Hacıyevə hədə-qorxu gələrək onun 5200 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını götürərək hadisə yerində qaçıblar. Saxlanılan şəxslər isə cinayətdən xəbərsiz olduqlarını bildiriblər. [b]Təqaüdçünün evinə basqın edən maskalılar tutulub [/b] Sabunçu rayon Polis İdarəsinin əməliyyatçıları Sabunçu rayonu ərazisində Nihad Sultanovla Qabil Kərimovu saxlayıblar. Bu şəxslər Bilgəh qəsəbəsində yerləşən 231 saylı bağ evinə basqın etməkdə şübhəli bilinirlər. Qeyd edək ki, həmin tarixdə iki nəfər maskalı şəxs evə girərək mənzil sahibi 70 yaşlı Cabir Rüstəmovu bıçaqla hədələyiblər. Qocanın əl-ayağını skoçla bağlayaraq ondan qiymətli əşya və pul tələb ediblər. Təqaüdçü olan C.Rüstəmov maskalılara pulunun olmadığını deyib. Həmin şəxslər isə təqaüdçünü məftillə boğmaqla ondan evdəki qiymətli əşyaların yerini deməsini tələb ediblər. C.Rüstəmov bir daha maskalılıara evdə qiymətli heç nəyin olmadığını, cibində isə 200 manata yaxın pul olduğunu bildirib. Həmin şəxslər isə ona inanmayıb, təqaüdçünü boğublar. C.Rüstəmov huşunu itirib, basqınçılar onun öldüyünü zənn edərək ondan əl çəkiblər. Ev sahibi özünə gələndə isə görüb ki, maskalılıar ev əşyalarını dağıdaraq cibindəki pullarını götürüb, hadisə yerindən qaçıblar. Faktla bağlı AR CM-nin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. [b]Nəsimi MİS-ni qarət edənlər saxlanılıb [/b] Nəsimi rayon Polis İdarəsinin əməliyyatçıları Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 24-də yerləşən 16 saylı Mənzil İstismar Sahəsinə basqında şübhəli bilinən Ceyhun Aslanovu və Əlisöhbət Muradovu saxlayıblar. Xatırladaq ki, bu şəxslər Nəsimi rayon MİS-in qapısını sındıraraq içəri daxil olublar. Mühasibatlığın altını üstünə çevirsələr də, cəmisi 25 manat pul tapıb və aradan çıxıblar. Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA