Bakıda 18 yeni polis sahə məntəqəsi tikilir

img

30-03-2009 [04:51]


Hazırda respublikada polis sahə məntəqələrinin fəaliyyəti təkmilləşdirilir, yeni məntəqələrin açılmasına hazırlıq görülür. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu istiqamətdə görülən işlər ölkə başçısının ?Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında? 2007-ci il 12 mart tarixli sərəncamına müaviq həyata keçirilir. Ötən il respublika üzrə 770, o cümlədən Bakı şəhəri üzrə 104 polis sahə məntəqəsinin inşası üçün torpaq sahəsi ayrılıb. Sözügedən sərəncama müvafiq olaraq respublika üzrə 58 (Bakı şəhəri üzrə 4) polis sahə məntəqəsi üçün xidməti otaq ayrılıb. 2008-ci ildə respublika üzrə 37 (paytaxt üzrə isə 31) yeni polis sahə məntəqəsi inşa edilərək istifadəyə verilib. Hazırda respublika üzrə 37 (Bakıda 18) məntəqənin tikintisi davam etdirilir. Xatırladaq ki, ?Polis sahə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında? sərəncamla Daxili İşlər Nazirliyinə tapşırılıb ki, əhalinin yerli polis qurumlarına inamının artırılması, yaşayış yeri üzrə polis sahə məntəqələrinə müraciətetmə imkanlarının asanlaşdırılması və genişləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülsün, ərizə və şikayətlərə diqqətlə baxılması və araşdırılması təmin edilsin. DİN-in məlumatına görə, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması, hüquq-qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə edilməsi məqsədilə digər tədbirlər də görülür. Gəncə, Mingəçevir, Şirvan, Yevlax, Qazax, Tərtər, Quba, Dəvəçi, Nərimanov şəhər və rayon polis orqanlarında ?İctimai polis? layihəsi tətbiq olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA