?Ekstazi? izi ilə baglı sabiq prokurorların övladlarına cəza istənilib

img

30-03-2009 [02:58]


[b]Xalq artisti İlhamə Quliyevanın oğlunun azadlığa buraxılması gözlənilir [/b]Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamov, Yalçın Həsənov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmədə dövlət ittihamçısı təqsirləndirilənlərə cəza istəyib. Belə ki, Yalçın Həsənova 9 il, Əli İsmayılova 8 il 6 ay, Həsən Həsənova 8 il, Ruslan Rüstəmova 8 il, Zubiyə Qulamiyə 7 il 3 ay, Ruslan Zalıyevə 5 il, Vüqar Əliyevə 5 il, Cavid Əliyevə 5 il, Elşən Budaqova 1 il 6 ay, Mirəli Əliyevə 1 il 6 ay, Ramin Həsənova 1 il, Kəmalə Eyvazovaya 1 il iş istənilib. Orxan Nadirovun isə çəkdiyi cəza ilə kifayətlənilməsi məhkəmədən istənilib. O.Nadirovun ittiham edildiyi Cinayət Məcəlləsinin 206 (qaçaqmalçılıq), 234 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri 307-ci maddəyə (cinayət barədə xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə) tövsiq edilib. Məhkəmə ikinci hissədə vəkillərin çıxışı ilə davam etdiriləcək. Məlumat üçün onu da qeyd edək ki, cinayət işi üzrə təqsirləndirilənlər, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu ilə Mahir Mirsalamlı, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Həsən Həsənov, Ruslan Rüstəmova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 206.4.2-ci (qaçaqmalçılıq) və 234.4-(qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, daşıma, saxlama və ya satma) Əli İsmayılov, müğənni İlhamə Quliyevanın oğlu Orxan Nadirov, Zubayə Qulami, Ruslan Zalıyev, Vüqar Əliyev, Cavidan Əliyev, Ramin Həsənov, Kəmalə Eyvazova, Elşən Budaqov, Mirəli Əliyeva qarşı isə CM-nin 234.4 maddələri ilə ittiham irəli sürülüb. Dəstə üzvləri Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində həbs olunublar. Onlardan narkotik vasitə olan ?ekstazi? aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA