Milli Ordunun əsgəri qətlə yetirib

img

29-03-2009 [05:04]


Əsgər 2 yoldaşını avtomatdan atəş açaraq qətlə yetirdi Azərbaycan Milli Ordusunun əsgəri hərbçi yoldaşlarını odlu silahla qətlə yetirib. Hərbi mənbədən bazar günü Trend News-a verilən məlumata görə, Tərtərdəki N saylı hərbi hissənin əsgəri, Zərdab rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Yasəf Qasımov əsgər yoldaşları İlkin Abdullayev və Tural Həsənova xidməti silahından atəş açaraq öldürüb. Abdullayev Astara, Həsənov isə Sabirabad rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb. Hadisənin baş vermə səbəbi barədə məlumat verməyən mənbə faktla bağlı Tərtər Hərbi Prokurorluğunda cinayət işi açıldığını bildirib. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktla bağlı rəsmi məlumat yaymayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA