Şamaxı rayonunda asfalt zavodunda partlayız baz verib, 1 nəfər ölüb

img

25-03-2009 [07:09]


İki nəfər yanıq xəsarəti alıb Bu gün Şamaxı rayonunda İtaliyanın ?Todini? tikinti şirkətinə məxsus asfalt zavodunda partlayış baş verib. Şamaxı rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə saat 08:15 radələrində baş verib. Anbarda aparılan qaynaq işləri zamanı başlayan yanğın sonradan oradakı dizel yanacağı və bitumla dolu çəlləklərdə partlayışın baş verməsinə səbəb olub. Partlayış nəticəsində Şamaxı rayonu Dağ Bağırlı kənd sakini Soltanəhəd Qəfərov ölüb, rayonun Mədrəsə qəsəbəsinin sakini Niyaz Məmmədov və Kürdəmir rayon Aran qəsəbənin sakini Hacı Əliyev müxtəlif dərəcəli texniki-yanıq xəsarəti ilə xətəxanaya yerləşdiriliblər. Faktla bağlı Şamaxı rayon Prokurorluğunda araşdırma aparılır./ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA