Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baz verib

img

23-03-2009 [03:28]


Qəzaya səbəb kimi piyadanın yol-hərəkəti qaydalarına riayət etməməsi göstərilir Bakı-Quba yolunun 83-cü kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Siyəzən şəhər sakini, 1985-ci il təvəllüdlü Elnur Vaqif oğlu Əliyev idarə etdiyi ?Vaz 2107? markalı atvomobillə bir nəfəri vurub. Hadisə yerinə dərhal rayon polis şöbəsinin əməkdaşları və ərazidə olan yol polisinin nümayəndələri gəlib. Qəza nəticəsində dünyasını dəyişən 37 yaşlı Zarat kənd sakini Əşrəf Məmmədovun meyidi Dəvəçi morquna aparılıb. Siyəzən Rayon Polis Şöbəsinin müstəntiqi Xaləddin Fətəliyev qəzaya səbəb kimi piyadanın yol-hərəkəti qaydalarına riayət etməməsini göstərib. Faktla bağlı Siyəzən Polis Şöbəsində cinayət işi qaldırılıb. Təyin edilmiş avtotexniki ekspertiza qəzanın başvermə səbəbinə aydınlıq gətirəcək

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA