Oğuz rayonunda dəhzətli qətl

img

20-03-2009 [06:20]


Oğuz rayonunda dəhşətli qətl hadisəsi baş verib. Oğuz Rayon Polis Şöbəsinin rəisi İmaməddin Abbasovun ANS PRESS-ə verdiyi məlumata görə, martın 20-də gecə saat 02.00 radələrində Oğuz rayon sakinləri 72 yaşlı Kərim Əlibala oğlu Kərimov və onun oğlu 36 yaşlı Ruhin Kərim oğlu Kərimov Oğuz şəhəri, Axundov küçəsi ev 20-də bıçaqla qətlə yetiriliblər. Kərim Kərimovun həyat yoldaşı Əsli Qulu qızı Məmmədova isə ağır bədən xəsarətləri ilə Oğuz rayon xəstəxanasına yerləşdirilib. Polis rəisinin sözlərinə görə, artıq qətli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Bunlar 28 yaşlı Oğuz rayonu Bayan kənd sakini, Müşviq Tofiq oğlu Məmmədov, 29 yaşlı Mingəçevir şəhər sakini Ruslan Ziyafət oğlu Pirəliyev, 31 yaşlı Mingəçevir şəhər sakini Səbuhi Çümşüd oğlu Məmmədəliyev və 25 yaşlı Mingəçevir şəhər sakini Samir Vaqif oğlu Vahidovdur. Saxlanılanların dördü də əvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum ediliblər. Dəstə qətli tamah məqsədi ilə törədib. Belə ki, əvəllər Kərimovlara məxsus çörək sexində işləyən Müşviq ailənin sexi satdığını və 150 min dollar pul əldə etdiyini öyrənib. Bundan sonra o və Mingəçevir şəhərində yaşayan qohumu əlbir olaraq, qətli törətmək qərarına gəliblər. Qeyd edək ki, cinaytəkar dəstə qətli törətsə də, pul mərhumlarının qohumlarında olduğu üçün onlar pulu tapa bilməyiblər. Faktla bağlı istintaq davam edir. Kəmalə Məmmədova /ANS PRESS/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA